Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolu “Dostluq” ordeni ilə təltif edib - SƏRƏNCAM

Sərəncamda qeyd edilir ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol “Dostluq” ordeni ilə təltif edilsin.