İlham Əliyev DÇ-2018-in açılışına qatılacaq

İlham Əliyev DÇ-2018-in açılışına qatılacaq Azərbaycan prezidenti İlham Əliyev Moskvada keçiriləcək futbol üzrə dünya çempionatının açılışında iştirak edəcək.

Bu barədə RİA Novosti-yə ölkə prezidentinin administrasiyasındakı mənbə məlumat verib.

Dünya çempionatının açılış mərasimi iyunun 14-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək.

Açılış mərasimində həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək.
Geri qayıt