Deputat Sahibə Qafarovaya yeni vəzifə verildi

Deputat Sahibə Qafarovaya yeni vəzifə verildi Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətinin rəhbəri vəzifəsinə Sahibə Qafarova təyin olunub.

Bundan əvvəl Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov idi.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Geri qayıt