O sədr oldu, nazirlər isə üzv... - Prezident sərəncam verdi

O sədr oldu, nazirlər isə üzv... - Prezident sərəncam verdi Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilib.

Sərəncamda qeyd olunur ki, Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov - Baş nazirin birinci müavini

Təşkilat Komitəsi sədrinin müavini

Azad Rəhimov - Gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Təşkilat Komitəsinin üzvləri

Yusuf Məmmədəliyev - Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Elmar Məmmədyarov - Xarici işlər naziri
Ramil Usubov - Daxili işlər naziri
Kəmaləddin Heydərov - Fövqəladə hallar naziri
Şahin Mustafayev - İqtisadiyyat naziri
Samir Şərifov - Maliyyə naziri
Mikayıl Cabbarov - Vergilər naziri
Oqtay Şirəliyev - Səhiyyə naziri
Əbülfəs Qarayev - Mədəniyyət naziri
Ramin Quluzadə - Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ceyhun Bayramov - Təhsil naziri
Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru
Vüsal Kərimli - Bakı Nəqliyyat Agentliyinin direktoru
Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ağacan Əbiyev - Milli Olimpiya Komitəsinin baş katibi
Xəzər İsayev - Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Azər Əliyev - Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi
Fərid Mansurov - Olimpiya çempionu

Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Geri qayıt