Prezident Milli Məclisə 3 yeni qanun layihəsi göndərdi

Məlumata görə, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının layihəsi parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.
Qanun layihələri yaxın günlərdə Mİlli Məclisin iclasında müzakirəyə çıxarılacaq.