Elmar Məmmədyarovu bu səfir əvəz edəcək - XİN RƏHBƏRİ YOLA SALINIR

Elmar Məmmədyarovu bu səfir əvəz edəcək - XİN RƏHBƏRİ YOLA SALINIR Yaxın günlərdə prezident İlham Əliyevin Nazirlər Kabinetinin tərkibini təsdiqləyəcəyi gözlənilir.

Gununsesi.info-nun xəbərinə görə, hazırda nazir postunu icra edən bəzi şəxslərin yenilənəcəyi gözlənilir.

Əldə etdiyimiz xəbərə görə, prezidentin dəyişəcəyi nazirlərdən biri XİN rəhbəri Elmar Məmmədyarov olacaq. Son zamanlar hakimiyyətə yaxın deputatların və prezidentliyə namizədlərin diliylə hədəfə alınması da onun yola salınacağını göstərir.

Məlumatda Məmmədyarovu əvəz edəcək kadrın da bəlli olduğu deyilir. Bu şəxs Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanovdur.
Geri qayıt