Vilayət Eyvazov gələn həftə hesabat verəcək

Vilayət Eyvazov gələn həftə hesabat verəcək Milli Məclisdə Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun 2017-ci ilə dair illik hesabatı müzakirə olunacaq.
Hesabat parlamentin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

İclasda hesabatı daxili işlər nazirinin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.
Geri qayıt