"Azərbaycan son 15 ildə sürətlə inkişaf edib" - Prezident Administrasiyasının rəhbəri

Bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.
R. Mehdiyev deyib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınıb: "Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir".