Prezidentliyə namizədlər seçki günü harada olacaqlar...

Prezidentliyə namizədlər seçki günü harada olacaqlar... Aprelin 11-də Azərbayacanda prezident seçkiləri keçiriləcək.

Maraqlıdır, Azərbaycanda seçki günü prezidentliyə namizədlər harada olacaqlar?

Modern.az saytı bu sualla prezidentliyə namizədlərə müraciət edib.

Prezidentliyə namizəd, Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, qeydiyyatda olduğum yer üzrə məntəqəyə gedərək səs verəcək.

“Məntəqəyə gedəcəm və səsvermə prosessində iştirak edəcəm. Daha sonra isə seçki qərargahında üzvlərimizlə birlikdə səsvermə prosesini izələyəcək və dəyərləndirəcəyik. Bundan sonra isə mövqeyimizi göstərəcəyik”.

Milli Dirçəliş Hərəkatı Partiyasından prezidentliyə namizəd, deputat Fərəc Quliyev deyib ki,Bakı şəhərinin Səbail rayonunda səs verəcək.

“Mən seçki günü qeydiyyatda olduğum Səbail rayonundakı məntəqəyə gedərək, səsvermə prosessində iştirak edəcəm”.

Azərbaycan Demokratik Partiyasının prezidentliyə namizədi Sərdar Cəlaloğlu da səsvermə günü qeydiyyatda olduğu məntəqəyə gedəcək.

“Qeydiyyatda olduğum seçki məntəqəsinə gedəcəm və orada olacam”.

"Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev seçki günü Bakıda olacaq.

“Prezident seçkiləri günü Bakıda olacam. Daha sonra isə seçki məntəqəsinə yollanacam və səs verəcəm. Mənim qeydiyyatda olduğum səsvermə məntəqəsi evimə yaxın yerdə yerləşir. Ora getdikdən sonra isə evə gələcəm. Divanda oturub televiziya vasitəsilə seçki prosessini izləyəcəm”.

Azərbaycan Sosial Demokrat Partiyasının prezientliyə namizədi, deputat Araz Əlizadə isə sualımıza cavab vermək istəmədi.
Geri qayıt