İlham Əliyev Nepalın dövlət başçısına məktub göndərib

İlham Əliyev Nepalın dövlət başçısına məktub göndərib Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycanla Nepal arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nepal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.
Geri qayıt