Ölkə qaynayır, islahatlar keçirilir: 2017-də hansı deputatlar kömək etmir?

Ölkə qaynayır, islahatlar keçirilir: 2017-də hansı deputatlar kömək etmir? 2017-ci il qaynar başladı. Ölkənin siyasi, sosial-iqtisadi həyatı canlanır. Prezidentin islahatları, verilən qərarları icra olunur

Məlumata görə, Milli Məclisin bəzi üzvləri isə ölkədə nələr baş verdiyindən bixəbərdir. Bəzi deputatları gündəlik baş verənlər, cəmiyyətin problemləri narahat etmir.

Onların biganəliyi yuxarıları da qane etmir. Parlamentin rəngarəng görünməsi, regionlarda əhali ilə təmas qurulması üçün deputatlar aktiv olmalıdır.

Hakimiyyət vətəndaşların süründürməçiliyə məruz qalması, məmur özbaşınalığı ilə üzləşməsi, qanunsuzluqla qarşılaşması hallarına son qoyulmasını tələb edir.

İqtidarın daxili siyasət strategiyası vətəndaşların müraciətlərinə baxılması və həll edilməsidir. Hökumət problemərin dərinləşməsi, şişməsi, böyüməsi və əyalətlərdə ajiotaja səbəb olmasıni arzulamır.

Prezidentin verdiyi qərarlar da məhz problemlərin həllinə yönəlikdir. Bu məqamda deputatların fəallığı, məmurlar və icra hakimiyyətləri ilə vətəndaşlar arasında körpü rolunu oynaması mühüm məsələdir.

Məlumata görə, ilin iki ayı geridə qalmaq üzrədir. Qarşıda 10 ay var və hakimiyyətin 2018-ci ilə qədər ölkədə bir çox problemləri həll etməyə çalışır.

Ancaq bəzi deputatların islahatlar paketinə, məmur-vətəndaş münasibətlərinə heç bir köməyi müşahidə olunmur. Onların laqeydliyi özlərinin bürokrat-məmura çevrilməsi ilə nəticələnib.

Vətəndaşlar bəzi icra hakimiyyətlərinin qəbuluna daha asanlıqla düşə bilir, nəinki həmin millət vəkili olan mandat sahiblərinin. Bu sırada deputat Hacı Salayev, Rüfət Quliyev, Nəriman Əliyev, Ülvi Quliyev, Azər Kərimli, Kamran Bayramov, Mahir Abbaszadə, Əsabil Qasımov, Tahir Mirkişili, Muxtar Babayev, İqbal Məmmədov, Bəxtiyar Əliyev və onlarla belə deputat adını sadalamaq olar.

Oxucular da, ictimaiyyət də, media da şahiddir ki, adıçəkilən mandat sahibləri nə Milli Məclisdə, nə mətbuat səhifələrində ölkədəki iqtisadi vəziyyətdən, işsizlik, ixtisar, ərzağın bahalaşması haqda danışıblar.

Sanki mandat onlara hökumətin fəaliyyətini mədh etmək və Qarabağ mövzusunda ümumi fikirlər söyləmək üçün verilib. Hərçənd, ölkənin sosial vəziyyətinin pisləşdiyini və bahalaşmanın getdiyini çox yaxşı müşahidə edirlər.
Geri qayıt