Növbədənkənar seçki nə zaman təyin edilə bilər - Qanun

Növbədənkənar seçki nə zaman təyin edilə bilər - Qanun Azərbaycanda Prezidentin növbədənkənar seçki təyinetmə hüququ Konstitusiyanın 100-cü maddəsində nəzərdə tutulur.

2016-cı ilin sentyabrın 26-da Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumda qəbul ediən 29 dəyişiklikdən biri də 100-cü maddəyə aid idi. Konstitusiyanın 100-cü maddəsindən “Yaşı otuz beşdən aşağı olmayan” sözləri çıxarıldı və prezidentliyə namizədlikdə yaş senzi aradan qalxdı.

Azərbaycan Respublikası Prezident seçkilərinin əsasları ilə bağlı sözügedən maddənin I hissəsindəki “Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması” və "Azərbaycan Respublikasının prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” cümləsi də əlavə edildi. Bununla da Azərbaycan Prezidentinə növbədənkənar seçkilər təyinetmə səlahiyyəti verildi.

Beləliklə, Konstitusiyanın 100-cü maddəsinə əsasən, Prezident siyasi vəziyyəti nəzərə alaraq, növbədənkənar seçki təyinetmə hüququna malikdir.

Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Geri qayıt