Lavrov: ATƏT-in Qarabağla bağlı təklifini qəbul etdik

Lavrov: ATƏT-in Qarabağla bağlı təklifini qəbul etdik ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə aktiv fəaliyyətini davam etdirəcək.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in hazırkı sədri, italiyalı həmkarı Ancelino Alfano ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

“Biz ATƏT-ə sədrlik edən italiyalının bu ilə olan planlarını maraqla qəbul etdik. Onların gələcəyə hədəflənən çox konstruktiv və pozitiv planları var”.

Lavrov qeyd edib ki, Rusiya İtaliya tərəfinin ATƏT-in Aralıq dənizi iş vektorunun gücləndirilməsi ilə bağlı təklifini, o cümlədən miqrasiya böhran fəsadlarının zəiflədilməsi üzrə tədbirləri dəstəkləyir.
Geri qayıt