İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır

İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır.

Bu barədə Türkmənistanın Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Türkmənistana səfərinin məqsədi, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə hazırlıq məsələsini müzakirə etməkdir.

Qeyd olunur ki, ötən ilin avqustunda Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov Azərbaycana səfər edib və nümayəndə heyəti Türkmənistanda olarkən həmin səfər zamanı əldə edilmiş razılaşmaların praktik olaraq həyata keçirilməsi müzakirə olunub.
Geri qayıt