İlham Əliyev Davosa gedir

İlham Əliyev Davosa gedir Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi iqtisadi forumda iştirak etmək məqsədilə Davosa səfər edəcək
Bu barədə İsveçrənin Azərbaycandakı səfiri məlumat verib.
“Xoş ənənəyə uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edəcək”, - cümə günü keçirilmiş brifinqdə F.Ştaller bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində İsveçrə və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək.
“Həmçinin Forumda ABŞ, Çin və digər ölkələrin dövlət başçıları iştirak edəcək”, - F.Şteller qeyd edib.
Davos İqtisadi Forumu 23-26 yanvar tarixlərində baş tutacaq
Geri qayıt