Sabah dünya azərbaycanlılarına müraciət ediləcək

Sabah dünya azərbaycanlılarına müraciət ediləcək Sabah Milli Məclisinin payız sessiyasının sonuncu plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 17 məsələ daxildir.

Bunlar “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Turizm haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında” və.s qanunlara, o cümlədən Gömrük, Miqrasiya məcəllələrinə əlavə dəyişikliklər layihəsidir.

Bundan başqa, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi yekun oxunuşda müzakirəyə çıxarılacaq, “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında” qanun layihəsinə baxılacaq.

Sonda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunacaq.

Qeyd edək ki, bu iclasdan sonra deputatlar tətilə çıxacaq. Tətil yanvarın 15-də bitəcək.
Geri qayıt