İlham Əliyev Rusiyada səfərdədir

İlham Əliyev Rusiyada səfərdədir Dekabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

Prezident MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib.

Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi salamlayıb.

Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.
Geri qayıt