Birinci vitse-prezidentin protokol sektoruna müdir təyin edildi - SƏRƏNCAM
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub.Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini - Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.
Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.
