İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..."

İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..." ReAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədov Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovu danışığa dəvət edib.
Bu günlərdə Novruz Məmmədov açıqlamalarının birində İlqar Məmmədovun azadlığa çıxmasında problem olmadığına eyham vurmuşdu: "...qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər".
ReAl hərəkatının təmsilçilərindən biri Xalid Bağırov özünün feysbuk səhifəsində vicdan məhbusu İlqar Məmmədovun sözügedən fikirlərə münasibətini açıqlayıb:
“Bu gün vəkilim Fuad Ağayev ilə görüşdə Novruz Məmmədovun “danışıqlar” təklifinə baxdıq. Anlaşdıq ki, mənim haqlarımı hakimiyyət tərəfindən tam bərpa edəcək bəraətverici qərarın müqabilində Avropa Şurası Nazirlər Komitəsindən xahiş edə bilərəm ki, Konvensiyanın 46.4 maddəsi ilə əlaqədar Avropa Məhkəməsinə müraciətini geri çağırsın. Bu istiqamətdə qısa, konstruktiv, siyasi söhbətə Novruz Məmmədov razıdırsa, gəlsin danışaq.

İlqar Məmmədov
11.12.2017, 2 saylı Binə CM”
İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..."
İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..."
Geri qayıt