Deputatlarımız Moskvaya gedir

Deputatlarımız Moskvaya gedir Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin XII yaradıcı və elm ziyalıları forumunda iştirak etmək üçün dekabrın 10-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər

MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkil etdiyi tədbir "MDB ölkələrində ailə dəyərləri və ənənələrinin möhkəmləndirilməsində humanitar əməkdaşlığın rolu" mövzusuna həsr olunub.

Toplantıda quruma üzv dövlətlərin elm və təhsil sahəsində əməkdaşlığı, MDB-də mədəniyyət ilinin keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Geri qayıt