Məmmədyarovla Nalbandyan bu gün görüşür

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.
Qeyd edək ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-ın xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.