Azərbaycan və Rusiya təhlükəsizlik sahəsində əməkdaşlıq planı imzaladı

Azərbaycan və Rusiya təhlükəsizlik sahəsində əməkdaşlıq planı imzaladı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən xəbər veririk.

"Nikolay Patruşev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə ediblər. Onlar informasiya mübadiləsini və iki ölkənin təhlükəsizlik şuralarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət idarələrinin ekspertləri səviyyəsində məsləhətləşmələrin aparılmasını nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar", - məlumatda deyilir.

Qeyd edək ki, Ramiz Mehdiyev MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin beşinci illik görüşündə iştirak etmək üçün Moskvada səfərdədir.
Geri qayıt