İlham Əliyev Poroşenko ilə görüşəcək

İlham Əliyev Poroşenko ilə görüşəcək Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.

Bu barədə “İnterfax-Azərbaycan”a diplomatik mənbələrdən məlumat verilib.

“Dövlət başçıları Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”, - mənbə deyib.

Bundan əlavə, prezidentlər İlham Əliyevin Ukraynaya gözlənilən səfərinin vaxtı və gündəliyi ətrafında fikir mübadiləsi aparacaqlar.

“Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.
Geri qayıt