Rəsul Quliyev "Milli Şura" nın keçirdiyi mitinqlərdən və nəticələrdən danışdı

Rəsul Quliyev "Milli Şura" nın keçirdiyi mitinqlərdən və nəticələrdən danışdı Ümid edək ki, "Milli Şura" adlanan təşkilat anlamasızlığdan mitinqləri ilə bu rejimə xidmət edib...
Artıq bir neçə ildir "Milli Şura"nın təşkil etdiyi bir-iki minlik mitinqlərin bu rejimə xidmət etdiyini qeyd edib və çox asan başa düşülən dildə izah etmişdim. Ancaq təəssüflər olsun ki, bu təşkilat heç bir nəticə çıxarmadı. Mitinqlərlə Əliyev rejiminə xidmətin siyahısı həm qlobal, həmdə ən ağır nəticəlidir.
1) Bu tip zəif aksiyalarla bu qurum 2013-cü il prezident seçkisini leqitimləşdirdi;
2) 26 sentyabr 2016-cı il tarixində Azərbaycanda keçirilən məlum Referendumla qəbul edilmiş diktatura konstitusiyasını xalqın iradəsi kimi təsdiqlədi və dünyaya nümayiş etdirdi;
3) ABŞ Konqresini, eyni zamanda Avropa Parlamentini kəskin sanksiyalar qəbul etməkdən daşındırdı və nəhayət prezident Əliyevin gur səslə "Azərbaycanda demokratiya var" çığırmasına şərait yaratdı!
Bu gedişlə düşünürəm ki, "Milli Şura" adlanan təşkilatın növbəti addımı 2018-ci ildə keçiriləcək prezident seçkilərini leqitimləşdirmək olacaqdır...
Əsasən heç vaxt heç bir işlə məşğul olmayan, ömürlərini yelə vermiş ‘’Milli Şura’’ ‘’tərəfdarları’’ təəssüflər ki, mənim yazdıqlarımı oxumadan komanda ilə ağız-ağıza verib "biz heç olmazsa bu işi görürük bəs siz nə edirsiniz?" "Nə etmək lazımdırı bilirsinizsə deyin" deyə haray həşir salırlar.
İlk növbədə sizdən fərqli olaraq mən heç vaxt bu rejimi gücləndirmək üçün heç bir addım atmamışam. Nə etmək lazımdır barədə dəfələrlə təkliflər vermişəm. Ancaq bu təkliflərin mahiyyətinə varmamısınız. Bu təkliflərin mahiyyətinə varmadan heç bir şey etmək mümkün deyildir.
1)Sədr postunu 20 ildən çox mənimsəmiş və təşkilatını ömrü boyu ancaq məğlubiyyətlərə uğratmış insanların istefa verməməsi kiçik diktatorluqdur və Prezident öz totalitarian rejimi ilə heç bir şeyə nail ola bilmədiyi kimi bu balaca diktatorlarda heç nəyə nail ola bilməzlər. Onların istefa verməməsinin yeganə səbəbi əllərindən çığır-bağırlı şüar deməkdən başqa heç bir şeyin gəlməməsidir. 1993-cü ildən bu günə qədər kiçik bir uğurdan danışa bilməyənlərə xalq necə dəstək verə bilər?!
Ətrafına əsasən kiçik bir qrup nadan adamları toplayıb onların arasında qəhrəman kimi görsənmək bədbaxt adamların həyat devizidir və özlərinin bivec olmadıqları təsəllisi üçündür.
Daxildə əllərindən heç bir şey gəlməyən bu qəhrəmanların "biz İlham Əliyevi Azərbaycanı Şimalı Koreyaya çevirməsinə imkan verməyəcəyik" bəyanatlarına qulaq asanda insanda ancaq ikrah hissi doğura bilər. Siz kimsiniz ki, belə bir arzu olsa onun qarşısını ala biləsiniz?! Bu iş əlinizdən gəlirdisə monarxiya konstitusiyası yaratmasının qarşısını alardınız!
Bu insanlar Əliyevlərin Azərbaycanda nəinki Koreya, heç Qazaxstan və Özbəkistan yaratmağ fikirinin heç vaxt olmadığını, əksinə müxalifət istəsə belə imkan verməyəcəklərini bu günə qədər anlamayıblar. Bu adamlar ölkədə Evrovideniya, Avropa olimpiya oyunları, Formula1 və sair cingiltili təbirlərin keçirilməsi, 10 milyard dollarla pulların xərclənməsininin nə üçün edildiyini anlamırlar...
Başda prezident olmaqla bütün varidatlarını qərbdə yerləşdirilmiş 1000-lərlə çinovniklərin heç vaxt onları qərbdən ayıra biləcək addımları atmayacaqları uşağada aydın olmalıdır. Və Qərbin onları daimə tənqid etməsinə baxmayaraq, heç vaxt onların ətəyini buraxmazlar!
Müxalifəti olmayan ölkədə qərb ölkələri həmişə diktatorla dil tapmağa çalışacaqlar aksiomasını anlamamaq tək özlərini lider adlandıranlara yox, primitiv müxalifətçilər üçündə qəbahətdir.
ABŞ və ya başqa bir ölkənin müxalifəti olmayan ölkəni işğal etmədən nə vaxtsa demokratiya yaratmasının şahidi olan və ya tarixdən bilən varmı?!
2005-ci ildə mitinqlərə çıxanların sayının 100 mindən bu gün min nəfərə çatdıranların hələdə siyasi meydanda qalmağa haqları yoxdur. 2005-lə 2017-ci illər arasında mitinqçilərin sayının 100 faizdən 1 faizə düşməsinin yeganə səbəbi özündən müştəbeh liderlərin apardığı rejimə dəstək siyasətidir. Müqayisə edin, 2005-də həyat səviyyəsi indikindən daha yaxşı idi. İndi represiyalar ya 2005-ci il səviyyəsindədir ya da azalıb. Həqiqətən xalqının gələcəyini düşünən insanlar bu nüanslara cavab axtarmalı və siyasi arenadan çəkilməlidir.
Mən mitinqlərə çıxan FƏDAKAR insanlara həmişə böyük rəğbət bəsləmişəm. Mənim tənqidimin onlara heç bir aidiyyəti yoxdur!
2. Nəhayət ölkədə nə ana, nə də bala müxalifətin olmadığını anlamaq lazımdır. Sizlərin "ana müxalifət" olaraq rejimə xidmət etməyiniz müxalifət statusunuzun olmasını şübhə altına alır.
3. Ölkədə rejimə qarşı mübarizə aparmaq istəyənlərin hamısı ilə bir masa arxasında oturub vəziyyətdən necə çıxmaq olar müzakirəsinə başlamalısınız. Eyni statusla, anasız balasız.
4. Qərb ölkələrinin Azərbaycana diqqətini artırmaq üçün səfirliklərin qarşısında hər gün piketlər təşkil etmək lazımdır. Azadlıq demokratiya şüarları ilə, Siyasi məhbuslara azadlıq şüarı ilə! Heç bir çıxışsız, sakit dayanmalı və dağılışmalısınız. Ancaq bu tip piketlər mütamadi olmalıdır. Polis sizi zorla dağıtmaq istəsə oturmaq lazımdır, qoy sizi sürüyüb oradan uzaqlaşdırsınlar. Bunlar hamısı fotolar və videolar vasitəsilə (istənilən telefonla bu işi görmək olar) ABŞ Konqresinə, Avropa Parlamentinə və bir sıra digər beynəlxalq təşkilatlara göndərilməlidir. Şərhlər hökmən ingilis dilində olmalıdır.
5. Həftədə ən azı 3 rayona tərəfdarlarla görüş adı altında səfər etmək lazımdır. Əvvəlcədən hansı rayona nə vaxt gedəcəksiniz elan edilməli və jurnalistlərin sizinlə getməsini xahiş etməlisiniz. Səfirliklərə bu barədə məlumat verməlisiniz. Hökümətin sizə qarşı tətbiq edəcəyi istənilən qeyri qanuni hərəkətlər video və fotolarda öz əksini tapmalıdır. Məlumat əvvəlki qaydada ingilis dilində hər yerə göndərilməlidir. Nəzərə alsaq ki, səfirliklər öz hökümətlərinə eyni məlumatları verəcək, Azərbaycanda rejimə qarşı qüvvənin mövcudluğu xarici ölkələrin siyasətində yerini tapacaq.
Hələki bu sadə addımlardan başlamaq olar. Sizlərə uğurlar...

Rəsul Quliyev 19 noyabr 2017-ci il
Geri qayıt