Arif Hacılı Avropa Parlamentində

Arif Hacılı Avropa Parlamentində Xəbər verdiyimiz kimi Müsavat başqanı Arif Hacılı Avropa Parlamentində “Avropa, Şərq tərəfdaşlığı” mövzusunda müzakirələrdə iştirak etmək üçün Brusseldə rəsmi səfərdədir.

Arif Hacılı Ukrayna, Moldova, Gürcüstan, Belarus, Ermənistan, Rusiya, Litva, Estoniya və başqa ölkələrdən olan siyasi partiya və ictimai təşkilat rəhbərlərinin qatıldığı “Avropa Şərq Tərəfdaşlığı” müzakirələrinə Azərbaycan demokratik qüvvəllərinin təmsilçisi kimi qatılıb.

Səfərin ilk günü geniş dəyirmi masada iştirak edən Arif Hacılı müzakirələrin uğurlu olduğunu qeyd edib.

“Basta”nın müzakirələr və iştirakçılar haqda verdiyi suala cavab olaraq Müsavat başqanı bilirib ki, ALDE Prezidenti Hans Van Baalen, Avropa Parlamentində ALDE fraksiyasının rəhbəri Guy Verhofstadt və çoxsaylı Avropa Parlamenti üzvlərinin də iştirakı etdiyi toplantıda ölkələrimizin problemləri, həm də Qarabağ mövzusunda müzakirələrin nəticələrindən çox razı qaldığını, faydalı debatların olduğunu söyləyib.

Arif Hacılının Brussel səfəri, keçirdiyi digər görüşlər haqda məlumat veriləcək.
Geri qayıt