Azərbaycan prezidenti Rusiya nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Milli Yığıncağının sədri Xizri Şixsaidovu qəbul edib.Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
