Ali Baş Komandana yeni səlahiyyətlər verilir - Dəyişiklik

Ali Baş Komandana yeni səlahiyyətlər verilir - Dəyişiklik Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Respublikasının Prezidenti) yeni səlahiyyətlər verilir.

Bununla bağlı “Müdafiə haqqında” Qanunun 5-ci maddəsinin 6-cı bəndinə əlavələr edilir.

Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Respublikasının Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.

Qanuna dəyişiklik Milli Məclisin oktyabrın 31-də keçiriləcək iclasında müzakirə ediləcək.
Geri qayıt