Türkiyənin Baş naziri İlham Əliyevə təşəkkür etdi

Anadolu agentliyinə istinadən xəbər veririk ki, Yıldırım verdikləri dəstəyə görə Əliyev və Kvirikaşviliyə təşəkkür edib.
O, dəmir yolu xəttinin xeyirli olacağına ümid etdiyini deyib.
Qeyd edək ki, oktyabrın 30-da Bakıda Azərbaycan və Türkiyə prezidentləri, həmçinin Gürcüstan Baş nazirinin iştirakı ilə təntənəli açılış mərasimi keçiriləcək.