Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu

Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

Diplomatik mənbələrdən APA-ya bildirilib ki, səfər oktyabrın 30-da baş tutacaq.

R. T. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi planlaşdırılır. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.

Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.
Geri qayıt