Lukaşenko Zakir Həsənova: “Müdafiəni möhkəmləndirmək lazımdır”

Lukaşenko Zakir Həsənova: “Müdafiəni möhkəmləndirmək lazımdır” Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və ölkələrin bu sahədə qarşılıqlı əlaqələri onların beynəlxalq öhdəliklərinə zidd deyil

RİA “Novosti”yə istinadən xəbər veririk ki, bunu bazar ertəsi günü Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Biz əməkdaşlığımızı, o cümlədən hərbi-texniki sahədə davam etdiririk... Münasibətlərimiz heç bir halda heç bir beynəlxalq müqaviləni, Təhlükəsizlik Şurasının və bütövlükdə BMT-nin qətnamələrini pozmur, biz suveren müstəqil dövlətlərik və zamanın nəbzinə, dövlətlərimizin ehtiyaclarına, qardaş ölkələrin ənənələrinə uyğun əməkdaşlıq istiqamətlərimizi müəyyənləşdirmək haqqına malikik”, Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündə Lukaşenko deyib.

Belarus prezidenti qeyd edib ki, Minskdə “azərbaycanlılara qarşı heç bir iddia yoxdur”. “Biz onlara böyük hörmətlə yanaşırıq. Çox yaxşı xatırlayıram ki, çətin vaxtlarımızda prezidentiniz həmişə Belarus dövlətinə kömək əlini uzadıb. Biz bunları yaxşı xatırlayırıq və Azərbaycan üçün nəsə edə biləriksə, xalqınızın təhlükəsiz yaşaması, dövlətinizin inkişaf etməsi üçün bunu edəcəyik”, - o bildirib.

Lukaşenkonun sözlərinə görə, Azərbaycan vətəndaşlarının “özlərini sakitlikdə his etmələri üçün müdafiəni gücləndirmək lazımdır”. “Biz sizinlə bu istiqamətdə işləyirik və işləməkdə davam edəcəyik”, - o deyib.

Lukaşenko həmçinin Azərbaycan prezidenti İlham Əliyevə “ən xoş arzularını” çatdırmağı xahiş edib və onunla tezliklə görüşəcəyinə ümid etdiyini vurğulayıb.
Geri qayıt