Mogerininin müavini Bakıya gəlir - Prezidentlə görüşəcək

Mogerininin müavini Bakıya gəlir - Prezidentlə görüşəcək Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin müavini Jan Kristof Bellard bu gün Azərbaycana səfər edəcək.

Bunu açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.

Məlumata əsasən Bellardın səfəri iki gün çəkəcək. Səfər zamanı onun prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşü gözlənilir.
Geri qayıt