“14 iclasda 268 qanun” - Spikerdən hesabat

“14 iclasda 268 qanun” - Spikerdən hesabat Bu gün Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir.

Dövlət himninin səsləndirilməsindən sonra açıq elan edilən iclasda çıxış edən spiker Otqay Əsədov bildirib ki, parlamentin 2017-ci ilin yaz və növbədənkənar sessiyaları uğurla başa çatıb: “ Qanunvericilik səlahiyyətləri tam yerinə yetirilib. 14 iclasda 268 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri inkişaf edib. Yay və növbədənkənar sessiya ərzində 33 ölkəyə 90- dən çox nümayəndə heyətimiz göndərilib. Bir sıra ölkələrdə keçirilən prezident seçkilərində müşahidəçi qismində deputatlarımız iştirak ediblər”.
Geri qayıt