Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır? - İDDİA

Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır? - İDDİA ABŞ-ın İraqdakı radikal qruplaşmalara, o cümlədən İŞİD-ə milyardlarla dollarlıq silah-sursat ötürməsi haqda informasiya kampaniyasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dayanır. Virtualaz.org xəbər verir ki, bu iddianı Ukraynanın “Xvilya” internet-nəşri irəli (http://hvylya.net/analytics/geopolitics/oruzheynyie-manipulyatsii-lubyanki.html)sürüb. Həmin informasiya kampaniyasında Azərbaycanın da adı hallandırılır.
Xəbər verildiyi kimi Bolqarıstanın “Trud” qəzeti “Anonimous Bulgaria” adlı hansısa haker qrupunun sızdırdığı sənədlərə istinadən Azərbaycanı diplomatik yük adı altında Amerika silahlarını Suriyaya daşımaqda ittiham edən yazı dərc edib. Həmin yazının müəllifi ruslarla əlaqələri olan Diana Qaytanjiyevadır. Ukrayna nəşri hesab edir ki, informasiya kampaniyasının məqsədi ABŞ-ın bu və ya digər formada müttəfiqləri olan Almaniya, Azərbaycan, Türkiyə və Ukraynanı hədəf almaqdır.
Bildirilir ki, ABŞ-ın adları çəkilən müttəfiqləri ilə birlikdə Suriyada İŞİD-ə və digər radikal qruplaşmalara silah ötürdüyü haqda informasiya kampaniyası ancaq Rusiyanın işinə yarayır. Və bu informasiya kampaniyasının BMT Baş Assambleyasının sessiyası ərəfəsində təşkil edilməsi təsadüfi deyil.
“Xvilya” qeyd edir ki, həmin ölkələrin hədəf alındığı informasiya kampaniyasının tətiyini ruslar tərəfindən müəyyən hazırlıq tədbirlərinin ardınca korrupsiya və mütəşəkkil cinayətkarlıq araşdırmaları Mərkəzi OCCRP tərəfindən çəkilib. Hansı ki, həmin mərkəzin özü də ruslarla bağlıdır. Bunun ardınca araşdırmaçı jurnalistlərin Balkan Birliyi BİRN də Almaniyandakı Amerika aviabazası üzərindən Suriyaya silah daşınmasına dair sənədləri əldə edərək yayıb. Bu sənədlərə əsasən Ukrayna suriyalı müxaliflər üçün Pentaqona silah satan ölkələr arasındadır.
Nəşr yazır ki, bundan əvvəl Bolqarıstanın “Trud” qəzetinin dərc etdiyi sənədlərin mənbəyi hansısa “Anonymous Bulgaria” haker qrupu olub. Bu da avtomatik olaraq faylların FTX tərəfindən ələ keçirilib sızdırıldığını deməyə əsas verir. Hansı ki, əvvəlcədən hazırlanmış sxem üzrə ələ keçirilmiş diplomatik sənədlər müəyyən təhriflərlə mətbuata ötürülüb.
Xatırladaq ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi həmin sənədlərin ələ keçirilib yayılması ilə bağlı bəyanatla çıxış edərək bunun Bakıya qarşı xarici dairələrin təşkil etdiyi hücumların bir hissəsi olduğunu bildirmişdi. Bəyanatda deyilirdi ki, Azərbaycan Respublikasına qarşı ciddi haker hücumu həyata keçirilib.
Geri qayıt