Zakir Həsənov İsrailə səfərə gedib

Zakir Həsənov İsrailə səfərə gedib Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Müdafiə naziri cənab Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.

Nazirliyin saytına istinadən xəbər veririk ki, rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin Müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.
Geri qayıt