Sədrsiz AMİP – Etibar Məmmədov siyasətə qayıdır?

Sədrsiz AMİP – Etibar Məmmədov siyasətə qayıdır? “Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Qurultayının keçirilməsinin vaxtı hələ qeyri-müəyyəndir. Hazırlıq işləri demək olar ki, yekunlaşıb. Yaz-yay mövsümü qurultayın keçirilməsinin ləngiməsinə müəyyən qədər səbəb olsa da, payız aylarında, yaxud da ilin sonunadək ola bilsin bu baş tutsun”.

Bunu açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri Əli Orucov deyib.

“Etibar Məmmədov partiyanın yenidən sədrliyinə qayıtması gözlənilirmi? sualına isə Əli Orucov belə cavab verib:

“Etibar Məmmədov partiyadan istefa verməyib. O,sədrlikdən istefa verib və hazırda partiyanın lideri statusunu daşıyır. Etibar müəllimin yenidən sədrliyə qayıtması isə gözlənilmir”.

Qeyd edək ki, Yusif Bağırzadə 2015-ci ilin oktyabrında AMİP sədrliyindən istefa verib. Həmin vaxtdan bu yana partiya sədrsiz qalıb.
Geri qayıt