Sarkisyanın müavini Bakıya gəlir

Sarkisyanın müavini Bakıya gəlir Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan Bakıya gələcək.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Armen Aşotyan Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinə başçılıq edəcək. Səfər sentyabrın 20-də baş tutacaq. Erməni deputatlar Bakıda keçiriləcək plenar iclasda iştirak edəcək.

Qeyd edək ki, əvvəllər Bakıda keçirilən müxtəlif tədbirlərdə Vahan Ovannisyan, Styopa Safaryan, Artaşes Qeqamyan və Tevan Poqosyan iştirak edib. Budəfəki erməni nümayəndə heyətinin tərkibində sözügedən şəxslərin təmsil olunacağı gözlənilir.
Geri qayıt