Azərbaycanda yeni nazir təyin edildi (FƏRMAN)

Azərbaycanda yeni nazir təyin edildi (FƏRMAN) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun fərmanı ilə Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib. xalqxeber.az naxcivantv.az saytına istinadən xəbər verir ki, fərmanda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin.”
Qeyd edək ki, Ali Məclis Sədrinin həmin tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Xatırladaq ki, general-mayor Fazil Ələkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, daha sonra isə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb.
Onu da qeyd edək ki, Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədov bir müddət əvvəl vəzifədən azad edilib. Bir neçə gün əvvəl Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsininin rəisi Rafiq Abbasovun bu posta təyin edilməsi ilə bağlı xəbərlər yayılsa da, sonradan təkzib olundu.
Azərbaycanda yeni nazir təyin edildi (FƏRMAN)
Azərbaycanda yeni nazir təyin edildi (FƏRMAN)
Azərbaycanda yeni nazir təyin edildi (FƏRMAN)
Geri qayıt