“Abbas Abbasov niyə bütün tapşırıqları Kremldən alır?” - Politoloqdan “gizli toplantı” barədə

“Abbas Abbasov niyə bütün tapşırıqları Kremldən alır?” - Politoloqdan “gizli toplantı” barədə "Qəzetlərdən hansısa bir neçə il öncə məndən Rusiyada yaşayan və biznes fəaliyyəti ilə məşğul olan Abbas Abbasovun fəaliyyəti haqqında soruşmuşdu. Cavabında dedim ki, bu şəxsin fəaliyyəti Rusiyanın maraqlarına yönəlib və bu Azərbaycan üçün təhlükəlidir”.

Məlumata görə, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu keçmiş baş nazirin müavini, qeyri-rəsmi adı "Milyarderlər ittifaqı” olan birliyin lideri haqda belə yazıb.

Politoloq qeyd edir ki, bu açıqlamadan sonra Abbas Abbasovun keçmiş deputat oğlu özlüyündə ona cavab verərək atasının Azərbaycana sadiq insan olduğunu bildirib: "Oğul atasını müdafiə edir – bunda qeyri-adi heç nə yoxdur.

Ona qalsa, iş adamlarına olmazın işgəncəsini verən, dövlət adına reketlə məşğul olan Akif Çovdarovun oğlu da atasını müdafiə edir.
Sadəcə, Abbas Abbasov oğlunun dediyi kimi vətəninə bu qədər bağlıdırsa, niyə bütün məsləhətləri və tapşırıqları Kremldən alır, yoxsa bu da yalandır?”
Moskvadakı və Bakıdakı tərəfdarlarını başına toplamağa cəhd edən A.Abbasov 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib.

Bu arada Rusiya Azərbaycanlılarının Federal Milli Muxtariyyətinin rəsmi saytı Vladimir Putinin A.Abbasova məktub yazdığı barədə xəbər yayıb.

Kremlin mətbuat xidmətinə istinadən yayılmış məktubda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Sahibkarlığa Dəstək Fondunun direktoru Abbas Abbasova "fəal ictimai fəaliyyətinə və Rusiyada sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə” təşəkkür edib.

BakuPost.az
Geri qayıt