Azərbaycan xalqının kədərinə şərikik - Fransa səfiri

Bu barədə diplomatik nümayəndəlik “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının kədərinə şərikik”, - paylaşımda qeyd edilib.
Diplomatik nümayəndəlik vurğulayıb ki, belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olmasına çalışmaq lazımdır.