BƏƏ lideri Bakıda şəhidlərin xatirəsini andı - Foto

Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.