Türkiyənin ticarət naziri Şəhidlər xiyabanını ziyarət edib

Siyasət

 Azərbaycanda səfərdə olan Türkiyənin ticarət naziri Ömer Bolat Şəhidlər xiyabanını ziyarət edib.

Ömer Bolat , daha sonra “Türk şəhidliyi” abidəsinə baş çəkib.

Xatırladaq ki, Ö.Bolat Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək üçün ölkəmizə gəlib.