“2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”
- 9-12-2023, 13:44
- 459
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsaitin yatırılmasının vacibliyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq”.