Yeni nazir iş başında - Fotolar
- 22-11-2023, 20:16
- 396
Sərgiyə yeni təyin olunan müdafiə sənayesi naziri Vüqar Mustafayev də qatılıb.
O, dövlət başçısına sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. təqdim edildiyi barədə məlumat verib.
Qeyd edək ki, noyabrın 18-də Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib. Onun yerinə V.Mustafayev təyin edilib.