Azərbaycan Prezidenti yaxın günlərdə Latviyaya səfər edəcək
- 13-07-2017, 09:57
- 125 597
Latviya mətbuatına istinadən xəbər veririk ki, dövlət başçısını səfər zamanı 50-dən çox aparıcı müəssisənin nümayəndəsi müşayiət edəcək.
Səfər çərçivəsində paytaxt Riqa şəhərində Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Tədbir Latviyanın İnvestisiya və İnkişaf Agentliyi tərəfindən iyulun 17-də təşkil olunacaq.
Səfər Latviya prezidenti Raymond Veyonisin dəvəti ilə həyata keçiriləcək.