Elmar Məmmədyarov Malayziyaya gedəcək

Siyasət

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) XİN Şurasının iclasında iştirak etmək üçün Malayziyaya səfər edəcək

XİN-in mətbuat xidmətinə istinadən bildiririk ki, iclas yanvarın 19-u Kuala-Lumpurda keçiriləcək.

Səfər çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.