Moskva Bayramov, Lavrov və Mirzoyanın görüşünü təşkil etməyə hazırdır
- 10-11-2023, 16:40
- 1 058
Xalqxeber.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Biz dəfələrlə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində ikitərəfli münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması üçün Moskva platformasını təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik. Bizim bu hazırlığımız dəyişməz olaraq qalır. Görüşün tarixləri razılaşdıqda, bu barədə vaxtında məlumat verəcəyik”, - deyə o, jurnalistlərə bildirib.