Heydər Əliyev Bolqarıstan türklərini necə xilas etdi?
- 30-10-2023, 13:38
- 719
Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən tədbirdə, TAİB İdarə Heyətinin üzvləri, Gənclər Təşkilatının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Rafət Ulutürk Bolqarıstan türklərinin Heydər Əliyevə xüsusi sevgisindən söz açaraq, Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaqlarını bildirib:
“1980-ci illərin əvvəllərindən başlayaraq Bolqarıstan türklərinə qarşı repressiya aparılıb. Həmin dövrlərdə Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi Bolqarıstana bir neçə dəfə səfər edib. Burada türklərin ad və soyadlarının zorla dəyişdirilərək bolqarlaşdırılması prosesi gedirdi, Ramazan və Qurban bayramları qadağan edilmişdi, 4 min türk qətlə yetirilmiş, 30 min nəfəri zindana salınmışdı. H.Əliyev Todor Jivkovun (1954-1989-cu illərdə Bolqarıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi – red.) antitürk siyasətini tənqid edərək bu prosesin dayandırılmasını SSRİ rəhbərliyi adından tələb edib. Heydər Əliyevin müdaxiləsindən sonra bu proses dayandırılır”.
Rafət Ulutürk sonda vurğulayıb ki, Bolqarıstan türkləri Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacaq, onun ruhunu daim ehtiramla yad edəcəklər.