Nazir: “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Proqramı dövlətimizin əsas prioritetləri sırasındadır”
- 10-10-2023, 15:07
- 685
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı bildirib.
Qarşıdan gələn üç ildə təxminən 100 minə yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasının planlaşdırıldığını vurğulayan nazir deyib:
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə yanaşı, əhalinin davamlı şəkildə köçürülməsi və layihələrin icra olunması bu ərazilərin inkişaf etmiş regiona çevrilməsinə şərait yaradır”.