Ceyhun Bayramov Nyu-Yorkda Abdullahianla görüşdü - FOTOLAR

Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. 

Görüş zamanı nazirlər ikitərəfli münasibətlər və son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Bayramov Qarabağın erməni sakinlərinin reinteqrasiya və qeyri-qanuni erməni birləşmələrinin tərksilahı prosesini Abdullahianın diqqətinə çatdırıb.