Azərbaycan XİN: “Qurani-Kərim”in yandırılması tamamilə qəbuledilməzdir”
- 31-07-2023, 15:47
- 467
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə iştirak etdiyi mətbuat konfransı zamanı deyib.
“Biz hesab edirik ki, müxtəlif tərəflərin buna hər hansı izahat verməyə cəhd etməsi və bunu hər hansı formada insan hüquqları və söz azadlıqları ilə əlaqələndirməsi tamamilə yersizdir. Ümumilikdə 2 milyarda yaxın insanın hissləri oynamaq yolverilməzdir”, - deyə Azərbaycanın xarici işlər naziri bildirib.